Birmərtəbəli fərdi yaşayış evi paketi möhkəm dəmir-beton konstruksiya, keyfiyyətli hörgü materialları, hidroizolyasiya, dam örtüyü, suvaq və pəncərə-qapı sistemlərini əhatə edir. Tikinti işləri layihəyə uyğun şəkildə tam və peşəkar icra olunur.
Paketə daxildir
• Lentvari dəmir-beton bünövrə — 40 × 60 sm
• Bünövrənin və hörgü daşlarının torpaqla təmasda olan hissələrinin hidroizolyasiyası — bir qat bitum, eninə və uzununa TechnoNIKOL tol
• Kürsü hissəsi — 60 sm-dək, 3 daş hündürlüyündə
• Su və kanalizasiya xətlərinin betonaltı əsas hissəsinin çəkilməsi
• “0” səviyyəsində dəmir-beton hazırlıq qatının verilməsi — 10 sm qalınlığında
• Hörgü daşları — Aşağı Güzdək və ya Nardaran daşı
• Dəmir-beton sütunlar — 40 × 40 sm
• Seysmik kəmər — 40 × 20 sm
• Daş konstruksiyalı kürsü pilləkəni
• Qapı və pəncərəüstü dəmir-beton atmalar — 40 × 20 sm
• Dam örtüyü — taxta konstruksiya üzərində profnastil və ya metal kirəmit listlər
• Fasadın mayak üsulu ilə suvaqlanması
• Daxili divarların mayak üsulu ilə suvaqlanması
• Fasad üzrə pəncərə-qapı sistemi — pəncərələr, nəfəsliklər və seyf giriş qapısı