B.E - Cümə (7:00 - 18:00)
info@hpac.az
Yuxarı Qayıt

Qaba inşaat — ikimərtəbəli fərdi yaşayiş evi

1 m² — 190 AZN

Qaba inşaat — ikimərtəbəli fərdi yaşayiş evi

İkimərtəbəli fərdi yaşayış evləri üçün qaba inşaat paketi bünövrədən dam örtüyünədək əsas tikinti işlərini əhatə edir. Paketə kürsü hissəsinin hazırlanması, xarici və daxili divarların hörülməsi, dəmir-beton sütun və kəmərlərin qurulması, monolit pilləkən, mərtəbələrarası dəmir-beton örtük, fasad suvağı və dam-çardaq sistemi daxildir.

“HPAC” MMC ikimərtəbəli fərdi yaşayış evlərinin qaba inşaat işlərini layihəyə və müəyyən edilmiş texniki göstəricilərə uyğun şəkildə həyata keçirir. Tikinti prosesi yumşaq torpaqda bünövrə qazıntısından başlayaraq armatur karkasın hazırlanması, qəlibləmə, betonlama, kürsü hissəsinin tikilməsi və doldurulması ilə davam edir.

Birinci və ikinci mərtəbədə xarici və daxili divarlar, dəmir-beton sütunlar, seysmik kəmərlər, monolit pilləkən və mərtəbələrarası dəmir-beton örtük hazırlanır. Fasad səthləri M300 sement məhlulu ilə suvaqlanır. Dam və çardaq konstruksiyası Türkiyə istehsalı “Arsenal” sistemi əsasında yığılır, dam örtüyünün rəngi isə sifarişçinin seçiminə uyğun müəyyənləşdirilir.

Kürsü hissəsi

• Yumşaq torpaqda bünövrə qazıntısının əl ilə aparılması
• Bünövrə altına 10 sm qalınlığında, 5–10 mm fraksiyalı çınqıl qatının verilməsi
• Bünövrə üçün armatur karkasın hazırlanması, qəlibin qurulması və B25 sinifli betonla betonlanması — 600 × 500 mm, 6 ədəd Ø12 əsas armatur və Ø8 xamut
• Dəmir-beton sütunların hazırlanması — 400 × 400 mm, 4–6 ədəd Ø16 əsas armatur və Ø8 xamut
• Kürsü hissəsinin 60 sm qalınlığında əhəng daşı ilə tikilməsi — Qaradağ daşı və M300 sement məhlulu
• Kürsü hissəsinin daş materialı və daş tozu ilə 60 sm hündürlüyədək doldurulması
• ±0.00 səviyyəsində 70 mm çınqıl və 100 mm beton qatının verilməsi
• Beton qatında Ø8 armaturdan 150 × 150 mm ölçülü tor və Ø12 birləşdirici armaturun tətbiqi

Birinci mərtəbə

• Xarici divarların 40 sm qalınlığında əhəng daşı ilə tikilməsi — Qaradağ daşı və M300 sement məhlulu
• Daxili divarların 20 sm qalınlığında əhəng daşı və ya kərpiclə tikilməsi
• Dəmir-beton sütunların hazırlanması — 400 × 400 mm, 4 ədəd Ø14 əsas armatur və Ø8 xamut
• Dəmir-beton seysmik kəmərin hazırlanması — 400 × 200 mm, 4 ədəd Ø14 əsas armatur və Ø8 xamut
• Dəmir-beton kəmərin hazırlanması — 200 × 200 mm, 4 ədəd Ø12 əsas armatur və Ø8 xamut
• Dəmir-beton monolit pilləkənin qurulması — Ø12 əsas armatur və Ø8 köməkçi armatur
• Fasadın M300 sement məhlulu ilə suvaqlanması

İkinci mərtəbə

• Xarici divarların 40 sm qalınlığında əhəng daşı ilə tikilməsi — Qaradağ daşı və M300 sement məhlulu
• Daxili divarların 20 sm qalınlığında əhəng daşı və ya kərpiclə tikilməsi
• Dəmir-beton sütunların hazırlanması — 400 × 400 mm, 4 ədəd Ø14 əsas armatur və Ø8 xamut
• Dəmir-beton seysmik kəmərin hazırlanması — 400 × 200 mm, 4 ədəd Ø14 əsas armatur və Ø8 xamut
• Dəmir-beton kəmərin hazırlanması — 400 × 200 mm, 4 ədəd Ø12 əsas armatur və Ø8 xamut
• Mərtəbələrarası monolit dəmir-beton örtüyün hazırlanması — Ø12 armatur, 200 mm addımla, Ø8 köməkçi armatur
• Fasadın M300 sement məhlulu ilə suvaqlanması

Dam və çardaq

• Dam və çardaq konstruksiyasının Türkiyə istehsalı “Arsenal” sistemi əsasında yığılması
• Dam örtüyünün rənginin sifarişçi tərəfindən seçilməsi
• Dam örtüyünün qalınlığı — 0,38 mm
• Buxar izolyasiya qatının tətbiqi
• Çernovoy örtük qatının hazırlanması
• Üzərinə 3 mm qalınlığında alüminium folqalı izolyasiya qatının çəkilməsi