Dizayn və layihələndirmə
İnteryer dizayn layihəsinin hazırlanması;
Material, rəng və dekor elementlərinin ümumi konseptə uyğun seçilməsi.
Elektrik və santexnika işləri
Elektrik işlərinin tam şəkildə icrası və təhvil verilməsi — “Prysmian” kabel sistemi;
Santexnika işlərinin tam şəkildə icrası və təhvil verilməsi;
“E.C.A” kollektor sisteminin quraşdırılması;
Mətbəx, sanitar qovşaq və dəhlizdə isti döşəmə sisteminin qurulması;
Sanitar qovşaqlarda “İzolatex” hidroizolyasiya qatının tətbiqi.
Kafel və döşəmə işləri
Kafel və metlax işlərinin görülməsi — material üçün nəzərdə tutulan qiymət 16 AZN/m²;
Döşəməaltı laqa və 12 mm qalınlığında dikt sisteminin hazırlanması;
8 mm qalınlığında “AGT” və ya “Çamsan” laminatın döşənməsi — material üçün nəzərdə tutulan qiymət 14 AZN/m²;
“AGT” markalı MDF plintusların quraşdırılması;
Mərmər pəncərəaltlıqlarının quraşdırılması.
Tavan və işıqlandırma
Sanitar qovşaqda asma tavanın hazırlanması;
Düz və ya sadə fiqurlu alçıpan tavanın quraşdırılması — 10 mm qalınlığında ağ “Knauf” və ya yaşıl “Kəpəz” alçıpan;
Tavanda gips vasitəsilə dekorativ paduqanın çəkilməsi;
Spot işıqların quraşdırılması;
Lüstr üçün elektrik çıxışlarının hazırlanması.
Divar və izolyasiya işləri
Divarların “Giper” materialı ilə hamarlanması;
Fasad divarlarının daxili tərəfdən istilik izolyasiyası;
Divarların boya və ya divar kağızı ilə tamamlanması — material üçün nəzərdə tutulan qiymət 16 AZN/m².
Sanitar qovşaq
Türkiyə istehsalı sanitar qovşaq aksesuarlarının quraşdırılması;
Duş kabininin quraşdırılması — nəzərdə tutulan qiymət 200 AZN;
Duş sisteminin quraşdırılması;
Dolablı əlüzyuyanın quraşdırılması — nəzərdə tutulan qiymət 200 AZN;
Unitazın quraşdırılması — nəzərdə tutulan qiymət 150 AZN;
Qiymətlər hər sanitar avadanlıqdan 1 ədəd üçün nəzərdə tutulur.
Qapılar və yekun işlər
Çərçivə ilə birlikdə daxili qapıların quraşdırılması — hər biri üçün nəzərdə tutulan qiymət 200 AZN;
Təmir işləri tamamlandıqdan sonra ümumi təmizlik və obyektin təhvil verilməsi.