B.E - Cümə (7:00 - 18:00)
info@hpac.az
Yuxarı Qayıt

Tikinti

Tikinti

Tikinti işlərinizi qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirmək istəyirsinizsə, doğru ünvandasınız.

TİKİNTİ XİDMƏTLƏRİ

Tikinti işlərinizi qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirmək istəyirsinizsə, doğru ünvandasınız.

Tikinti, “Huseynli Partners Architecture and Construction” şirkətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Şirkətimiz bütün tikinti işlərini müqavilə əsasında, zəmanətli və peşəkar şəkildə həyata keçirir.

Tikinti prosesində buraxılan kiçik bir texniki səhv gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Buna görə də layihənizi təcrübəli və peşəkar komandaya etibar edin.

QABA İNŞAAT

Lentvari dəmir-beton bünövrənin hazırlanması

Maksimum 60 sm hündürlükdə kürsü hissəsinin tikintisi — 3 daş

“0” səviyyəsində dolğu işlərinin və dəmir-beton hazırlıq qatına hazırlığın görülməsi

Hörgü işləri

Dəmir-beton sütunların hazırlanması

Mərtəbələrarası dəmir-beton pilləkənin hazırlanması —mərtəbə sayı birdən çox olduqda

Mərtəbələrarası dəmir-beton örtüyün hazırlanması — mərtəbə sayı birdən çox olduqda

Kürsü pilləkəninin hazırlanması

Qapı və pəncərə üzərində dəmir-beton atmaların hazırlanması

Dam örtüyünün quraşdırılması

TƏMİRƏ HAZIR

“0” səviyyəsində dəmir-beton hazırlıq qatının verilməsi

Su və kanalizasiya xətlərinin əsas betonaltı hissəsinin çəkilməsi

Bünövrənin və hörgü daşının torpaqla təmasda olan hissələrinin hidroizolyasiyası — bir qat bitum, eninə və uzununa tol/TechnoNIKOL tətbiqi

Fasad suvaq işlərinin görülməsi

Daxili suvaq işlərinin görülməsi

Fasad üzrə qapı və pəncərə sistemlərinin quraşdırılması — pəncərə, nəfəslik və seyf qapı

Damaltı örtüyün vurulması və üzərinə 3 mm alüminium folqalı izolyasiyanın tətbiqi — təmizlənmiş qəlib materialları ilə