9:00 - 19:00
info@hpac.az
Yuxarı Qayıt

Smeta və Texniki Ofis Xidmətləri

Smeta və Texniki Ofis Xidmətləri

"Huseynli Partners Architecture and Construction" beynəlxalq sertifikatlı mühəndislərlə smeta tərtibi, texniki nəzarət, sənədləşmə (Forma 2, Forma 3, Forma 29) və tikinti planlaması xidmətləri göstərir. Layihələrinizin büdcəsinə dəqiq nəzarət edir və bütün texniki-inzibati prosesləri peşəkar səviyyədə idarə edirik.

Smeta Hesablaması

Tikinti işlərinin təxmini hesablamalar əsasında aparılması gələcəkdə gözlənilməz xərclərin və müxtəlif çətinliklərin yaranmasına səbəb olur. Peşəkar şəkildə hazırlanmış smeta layihə xərclərinin dəqiq müəyyənləşdirilməsinə, büdcəyə effektiv nəzarət edilməsinə və zərurət yarandıqda müvafiq düzəlişlərin aparılmasına imkan verir.

Qüsur aktı: Bina və tikililərdə aparılacaq cari və əsaslı təmir işləri üçün mövcud qüsurlar yerində müəyyən edilir, texniki vəziyyət qiymətləndirilir və müvafiq qüsur aktı hazırlanır. Sənəddə təmirə ehtiyac olan sahələr, görüləcək işlər, iş həcmləri və tələb olunan materiallar ətraflı şəkildə qeyd olunur. Hazırlanan qüsur aktı smeta hesablamalarının aparılması və təmir işlərinin düzgün planlaşdırılması üçün əsas sənəd rolunu oynayır.

Daxili smeta: Daxili smetaların hazırlanması, material sərfiyyatının və görülən iş həcmlərinin smeta göstəriciləri ilə müqayisəli şəkildə izlənilməsi, müvafiq hesabatların təqdim edilməsi.

Dövlət smetası: Tikinti, yenidənqurma və əsaslı təmir işləri üzrə dövlət norma və qaydalarına uyğun smeta sənədləri hazırlanır. Layihədə nəzərdə tutulan işlərin həcmi, istifadə ediləcək materiallar, əmək və texnika xərcləri dəqiq hesablanaraq smetada əks olunur. Sənədlər Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (FHN TTNDA) tələbləri nəzərə alınmaqla tərtib edilir. Hazırlanan smeta layihənin ümumi dəyərinin müəyyənləşdirilməsi, büdcənin düzgün planlaşdırılması və sənədlərin aidiyyəti qurumlara təqdim edilməsi üçün əsas yaradır.

Peşəkar yanaşma: Beynəlxalq sertifikatlara malik mühəndislərimiz tərəfindən hazırlanır.

Texniki Ofis Xidmətləri

Tikinti prosesinin peşəkar şəkildə idarə olunmasını və sənədləşdirilməsini təmin edirik.

Texniki nəzarət: Tikinti sahəsində texniki nəzarətin həyata keçirilməsi, aylıq hesabatların və qiymətləndirmələrin təqdim olunması.

Texniki hesabatlar: Texniki hesabatların hazırlanması, Forma-2 və Forma-3 sənədlərinin tərtib edilməsi, materialların silinmə aktlarının hazırlanması.

Sənədləşdirmə: Noqsan aktları, Qüsur aktlarının və normativ-hüquqi sənədlərin hazırlanması, tikinti jurnallarının aparılması.

Qiymət təhlili: Tikinti materiallarının və işçilik haqlarının faktiki bazar qiymətlərinin aylıq monitorinqi və analitik nəticələrin təqdim olunması.

Planlaşdırma: Tikinti prosesinin strateji planlaşdırılması, aylıq iş planlarının və iş qrafiklərinin hazırlanması və nəzarəti.