Kömək Lazımdır?
Birbaşa zəng edin?
Telefon:
+994 50 992 00 06Dəstək üçün?
Email:
info@hpac.azAbunə Olun
Son xəbər və yeniliklər üçün abunə olun!
"Huseynli Partners Architecture and Construction" olaraq, müxtəlif təyinatlı bina və qurğuların layihələndirilməsi sahəsində kompleks həllər təqdim edirik. Layihələrimiz Dövlət Ekoloji Ekspertiza Agentliyinin və digər müvafiq qurumların tələblərinə tam uyğun olaraq, yüksək keyfiyyət standartları ilə hazırlanır.
"Huseynli Partners Architecture and Construction" olaraq, müxtəlif təyinatlı bina və qurğuların layihələndirilməsi sahəsində kompleks həllər təqdim edirik. Layihələrimiz Dövlət Ekoloji Ekspertiza Agentliyinin və digər müvafiq qurumların tələblərinə tam uyğun olaraq, yüksək keyfiyyət standartları ilə hazırlanır.
Təcrübəli memarlar, konstruktorlar və mühəndis-kommunikasiya sistemləri üzrə mütəxəssislərimiz layihənin ilkin konsepsiyasından başlamış, tikinti üçün zəruri olan "İşçi layihə" mərhələsinə qədər bütün prosesi rəhbər tuturlar.
İxtisaslaşdığımız Əsas Sahələr:
İlkin Tədqiqatlar: Topoqrafik çəkilişlər, mühəndis-geoloji tədqiqatlar və laboratoriya nəticələrinə əsaslanan geoloji hesabatların hazırlanması.
Bərpa və Gücləndirmə: İstismar müddətini başa vurmuş və ya konstruktiv bərpa-gücləndirməyə ehtiyacı olan binaların instrumental müayinəsi və müasir tikinti normalarına (SNİP, AZDT) uyğun olaraq yenidən layihələndirilməsi.
Ekoloji və Texnoloji Layihələndirmə: Obyektlərin ekoloji təhlükəsizlik və texnoloji səmərəlilik meyarlarına cavab verən tam tərkibli layihələrin işlənməsi.
Layihə və İşçi Sənədlər Bölməsi (Tam Paket)
Peşəkar komandamız tərəfindən obyektlərin istismarı üçün zəruri olan bütün texniki sənədlər paketi hazırlanır:
Arxitektura və Baş Plan: Baş plan, landşaft layihəsi və memarlıq həllərinin detallaşdırılması.
Konstruktiv Həllər: Şüşəli fasadların hesablanması və layihələndirilməsi, binaların konstruktiv hesabatları və cizgiləri.
Mühəndis Sistemləri (MEP):
Elektrik təchizatı və işıqlandırma sistemləri.
İstiləşdirmə, ventilyasiya və kondisionerləşdirilmə (HVAC).
Su təchizatı və kanalizasiya sistemləri.
Zəif axın (internet, telefon, video-müşahidə) və yanğın siqnalizasiya sistemləri.
Texnoloji və Xüsusi Sistemlər: Avtomatik yanğınsöndürmə sistemləri, nasosxanalar, ehtiyat su anbarları, UPS, server otaqları və lift sistemlərinin layihələndirilməsi.
İnfrastruktur Layihələri: Sahədaxili mühəndis şəbəkələri, qazanxanalar və transformator binalarının memarlıq-konstruktiv həlləri.
Təşkilatı Sənədlər: Tikintinin təşkili layihəsi (TOL) və ekoloji layihələrin ekspertizaya hazırlıq mərhələləri.