Kömək Lazımdır?
Birbaşa zəng edin?
Telefon:
+994 50 992 00 06Dəstək üçün?
Email:
info@hpac.azAbunə Olun
Son xəbər və yeniliklər üçün abunə olun!
"Huseynli Partners Architecture and Construction" mənzillərin peşəkar təmiri və fərdi dizaynı üzrə tam xidmət təklif edir. Biz darıxdırıcı məkanları müqavilə əsasında, yüksək keyfiyyətlə rahat və funksional evlərə çeviririk.
Mənzil təmiri və dizaynı şirkətimizin əsas fəaliyyət istiqamətlərindən biridir. Mütəxəssislərimiz layihənin büdcəsindən və müştərinin istəklərindən asılı olaraq unikal dizayn həlləri hazırlayır, zəruri hallarda otaqların yenidən qurulması (remodeling) üçün optimal variantlar təklif edirlər. Bütün işlər rəsmi müqavilə əsasında aparılır. Biz istər yeni mənzil almış, istərsə də mövcud evini yeniləmək istəyən müştərilərimizə açar təslim xidmət göstəririk.
Təmirə Daxil Olan Xidmətlər
Mühəndislik: Elektrik, santexnika, kollektor sistemi, kombi və radiatorlar.
İzolyasiya və İstilik: İsti döşəmələr (mətbəx, sanitar qovşaq, dəhliz), izolateks və fasad divarların daxili izolyasiyası.
Bitirmə İşləri: Kafel-metlaq, parket/laminat, divar kağızı/boya, 3D panellər, plintuslar.
Tavan və İşıqlandırma: Alçıpan tavan, paduqalar, spotlar və lüstr yerləri.
Qapılar və Detallar: Daxili və giriş qapıları, pəncərə altlıqları, sanitar qovşaq aksesuarları.
Hədiyyə: Təmirdən sonra təmizlik və hədiyyə dizayn xidməti.