“HPAC” MMC birmərtəbəli fərdi yaşayış evlərinin bünövrədən dam örtüyünədək qaba inşaat işlərini kompleks şəkildə həyata keçirir. Paketə yumşaq torpaqda bünövrə qazıntısı, armatur karkas və qəlib işləri, betonlama, kürsü hissəsinin tikintisi və doldurulması, xarici və daxili divarların hörülməsi, dəmir-beton sütun və seysmik kəmərlərin hazırlanması daxildir.
Dam və çardaq sistemi Türkiyə istehsalı “Arsenal” sistemi əsasında yığılır, örtüyün rəngi sifarişçinin seçiminə uyğun müəyyənləşdirilir. Tikinti prosesində konstruktiv möhkəmlik, material keyfiyyəti və layihə tələblərinə uyğunluq əsas götürülür.
Kürsü hissəsi
• Yumşaq torpaqda bünövrə qazıntısının əl ilə aparılması
• Bünövrə altına 10 sm qalınlığında, 5–10 mm fraksiyalı çınqıl qatının verilməsi
• Bünövrə üçün armatur karkasın hazırlanması, qəlibin qurulması və B25 sinifli betonla betonlanması — 500 × 400 mm, 4 ədəd Ø12 əsas armatur və Ø8 xamut
• Dəmir-beton sütunların hazırlanması — 400 × 400 mm, 4–6 ədəd Ø16 əsas armatur və Ø8 xamut
• Kürsü hissəsinin 60 sm qalınlığında əhəng daşı ilə tikilməsi — Qaradağ daşı və M300 sement məhlulu
• Kürsü hissəsinin daş tozu və çınqılla 60 sm hündürlüyədək doldurulması
• ±0.00 səviyyəsində 70 mm çınqıl və 100 mm beton qatının verilməsi
• Beton qatında Ø8 armaturdan 150 × 150 mm ölçülü tor və Ø12 birləşdirici armaturun tətbiqi
Birinci mərtəbə
• Xarici divarların 40 sm qalınlığında əhəng daşı ilə tikilməsi — Qaradağ daşı və M300 sement məhlulu
• Daxili divarların 20 sm qalınlığında əhəng daşı və ya kərpiclə tikilməsi
• Dəmir-beton sütunların hazırlanması — 400 × 400 mm, 4 ədəd Ø16 əsas armatur və Ø8 xamut
• Dəmir-beton seysmik kəmərin hazırlanması — 400 × 200 mm, 4 ədəd Ø12 əsas armatur və Ø8 xamut
• Dəmir-beton kəmərin hazırlanması — 200 × 200 mm, 4 ədəd Ø12 əsas armatur və Ø8 xamut
• Kürsü hissəsində Qaradağ daşı və M300 sement məhlulu ilə daş pilləkənin qurulması
Dam və çardaq
• Dam və çardaq konstruksiyasının Türkiyə istehsalı “Arsenal” sistemi əsasında yığılması
• Dam örtüyünün rənginin sifarişçi tərəfindən seçilməsi
• Dam örtüyünün qalınlığı — 0,38 mm
• Buxar izolyasiya qatının tətbiqi
• Çernovoy örtük qatının hazırlanması
• Üzərinə 3 mm qalınlığında alüminium folqalı izolyasiya qatının çəkilməsi