Kömək Lazımdır?
Birbaşa zəng edin?
Telefon:
+994 50 992 00 06Dəstək üçün?
Email:
info@hpac.azAbunə Olun
Son xəbər və yeniliklər üçün abunə olun!
"Huseynli Partners Architecture and Construction" olaraq, hər hansı bir tikinti və layihələndirmə işinin təməlində dayanan dəqiq məkan məlumatlarının əldə edilməsi üçün qabaqcıl geodeziya və topoqrafiya həlləri təqdim edirik. Müasir texnologiyalar və peşəkar yanaşma ilə ərazilərinizin dəqiq xəritələnməsini və layihələrinizin reallığa uyğunlaşdırılmasını təmin edirik.
"Huseynli Partners Architecture and Construction" olaraq, hər hansı bir tikinti və layihələndirmə işinin təməlində dayanan dəqiq məkan məlumatlarının əldə edilməsi üçün qabaqcıl geodeziya və topoqrafiya həlləri təqdim edirik. Müasir texnologiyalar və peşəkar yanaşma ilə ərazilərinizin dəqiq xəritələnməsini və layihələrinizin reallığa uyğunlaşdırılmasını təmin edirik.
Geodeziya İşləri
Tikinti sahəsində yüksək dəqiqlik tələb edən mühəndis-geodeziya xidmətləri:
İnşaat Geodeziyası: Tikintinin bütün mərhələlərində (özül, karkas, kommunikasiya) geodeziya nəzarətinin və ölçmə işlərinin yerinə yetirilməsi.
İcra Çəkilişləri: İnşa edilmiş obyektlərin və mühəndis kommunikasiyalarının faktiki vəziyyətinin dəqiq ölçülməsi və layihə ilə müqayisəsi.
Hündürlük və İstiqamət Nəzarəti: Obyektlərin şaquli və üfüqi planlaşdırılmasının layihə sənədlərinə tam uyğunluğunun təmin edilməsi.
Topoqrafiya İşləri
Ərazinin relyef və situasiya xüsusiyyətlərini əks etdirən kompleks topoqrafik xidmətlər:
Topo-Planların Hazırlanması: Ərazinin üfüqi və şaquli (relyefli) topoqrafik planlarının (M 1:500, 1:1000 və s.) yüksək dəqiqliklə hazırlanması.
Layihənin Naturaya Köçürülməsi (Stakeout): Memarlıq və mühəndis layihələrinin (bina oxları, sərhədlər, mühəndis şəbəkələri) real əraziyə dəqiq tətbiq edilməsi.
Baxış Aktlarının Hazırlanması: Əraziyə memarlıq və mühəndis baxışının keçirilməsi, obyektin mühitə uyğunluğu barədə rəsmi aktların tərtibi.
Torpaq Sərhədlərinin Təyini: Döngə nöqtələrinin koordinatları əsasında torpaq sahələrinin dəqiq sərhədlərinin müəyyən olunması və bölgü (sərhəd) aktlarının rəsmi hazırlanması.
Texniki Təchizat və Keyfiyyət
İşlərimizin dəqiqliyinə və sürətinə beynəlxalq standartlara cavab verən avadanlıqlarımızla zəmanət veririk:
Yüksək Texnologiyalı Ölçmə: Leica FlexLine TS02/09 elektron taxometr və Leica GPS/GNSS sistemləri vasitəsilə ən mürəkkəb ərazilərdə belə millimetrik dəqiqliklə ölçmə işləri.
Rəqəmsal Emal: Toplanmış məlumatların AutoCAD LT proqram təminatı vasitəsilə emalı və təhlili.
Təhvil: Hazırlanmış layihələrin və topoqrafik planların müştəriyə həm rəqəmsal (elektron), həm də çap (kağız) formatında, texniki tələblərə tam uyğun formada təqdim edilməsi.