Kömək Lazımdır?
Birbaşa zəng edin?
Telefon:
+994 50 992 00 06Dəstək üçün?
Email:
info@hpac.azAbunə Olun
Son xəbər və yeniliklər üçün abunə olun!
Layihələndirmə tikinti prosesinin təməlidir. "Huseynli Partners Architecture and Construction" olaraq, tikiləcək obyektlərin funksionallığını, təhlükəsizliyini və enerji səmərəliliyini təmin edən, qanunvericiliyə uyğun lisenziyalı layihələndirmə xidmətləri təqdim edirik.
Layihələndirmə, tikinti prosesinin ilkin və ən vacib mərhələsidir. Mütəxəssislərimiz layihənin icrası zamanı sifarişçinin tələblərini, müasir tikinti normalarını və texniki nizamnamələri, eləcə də tikinti sahəsinin xüsusiyyətlərini nəzərə alaraq ətraflı layihələr hazırlayırlar.
Xidmətlərimiz:
Eskiz Layihə (BTİ): Mövcud tikililər (fərdi evlər və qeyri-yaşayış obyektləri) üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən tələb olunan və çıxarış almaq üçün vacib olan ilkin sənədlərin hazırlanması.
Memarlıq-Planlaşdırma: Tikintiyə başlamaq üçün İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tələblərinə uyğun, lisenziyalı və möhürlü layihələrin tərtib edilməsi.