irkətimiz tikinti-quraşdırma işlərinə texniki və keyfiyyət nəzarətini həyata keçirəcək, layihə-smeta sənədlərini, iş həcmlərini və material sərfini hesablayacaq təcrübəli aparıcı mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri:
· Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
· Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
· Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
· Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
· Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
· Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
· Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi;
· Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);
· Eskiz və işçi layihəni oxuma bacarığı
· Dəmir beton, taxta və metalkonstruksiyaların hesablanması qaydalarını bilməli
· Tikinti materiallarının növləri və xüsusiyyətlərini haqqında məlumatlılıq
· Tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli
· Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanmasını bacarmalı
· Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli
· Ezamiyyətlərə hazırlıqlı olması;
· Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarət edir;
· Tenderlər keçirilərkən ilkin müqavilə qiyməti təklifinin hazırlanmasında və əsaslandırılmasını icra edir;
· Sifariş verilən layihələr üçün tikinti müqaviləsinin hazırlanmasında və təsdiq olunmasında iştirak edir;
· Sahələrdən daxil olan texniki hesabatları yoxlayır;
· Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır,tərkibi və keyfiyyəti barədə rəy hazırlayır;
· Maddi ehtiyatların tədarükçüləri (istehsalçıları, vasitəçiləri) ilə təchizat müqavilələri layihələrinin hazırlanmasında, bağlanmış tədarük müqavilələri üzrə qiymət məsələlərində şərtlərdəki dəyişikliklərin razılaşdırılmasında iştirak edir;
· Ayrı-ayrı komponentlər daxil olmaqla, tikinti xərclərini hesablayır, sifarişçi və subpodratçı smetalarını, materialların xərc smetaları və əlavə xərclərini, görülən işlərin hesabatını, texniki şərtləri, yerinə yetirilmiş iş aktlarını faizlə əlaqələndirir;
· Tikinti zamanı ortaya çıxan dizayn həllərindəki dəyişikliklərin nəzərdən keçirilməsində və təsdiq edilməsində iştirak edir, zəruri hallarda materialların, məhsulların, konstruksiyaların dəyişdirilməsi (tikinti obyektlərinin keyfiyyətini aşağı salmadan) məsələlərini dərhal həll edir;
· Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edir;
· Tikintinin gecikməsinin və keyfiyyətinin pisləşməsinin səbəblərini araşdırır
quraşdırma işləri, onların aradan qaldırılmasında iştirak edir;
· Tamamlanmış tikinti-quraşdırma işlərinin texniki qəbulunu həyata keçirir və
lazımi texniki sənədləri hazırlayır;
· Birbaşa rəhbərin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edilməsində iştirak edir;
· Görülən tikinti-quraşdırma və təmir işləri xərclərinin aşağı düşməsi üçün tədbirlərin görülməsi;
· Smeta sənədlərinin uçotunun aparılması, smeta- maliyyə hesablamalarının sistemləşdirilməsi;
· Smeta qiymətləri haqqında arayışların tərtib edilməsi;
· İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edilməsi;
· Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyən yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
· Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
Namizədə tələblər:
· Ali təhsil (İnşaat üzrə);
· Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
· İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
· MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
· 1C işləyə bilməyi üstünlükdür;
· Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
· İnşaat norma və qaydalarını bilməlidir;
· Sürücülük vəsiqəsi;
· Layihələrin araşdırılması;
· Texniki və material hesabatlarının hazırlanması;
· Qüsur aktlarının hazırlanması;
· Forma 2-lərin hazırlanması;
· Yerinə yetirilmiş işlərin smeta və layihəyə uyğun yerinə yetirilməsinin yoxlanılması
· Müstəqil iş bacarığı,işində məsuliyyətli olması;
· Ezamiyyətlərə hazırlıqlı olması;
Ümumi məlumat:
· İş yeri: Bakı şəhəri;
· İş rejimi: 5 gün / 10:00 – 19:00;
· Nahar fasiləsi: 13:00 – 14:00;
· Əmək haqqı İşçinin bilik səviyyəsinə görə razılaşma əsasında qərar veriləcək
· Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
· Azərbaycan Respublikasının bölgələrinə işlər üçün ezama gönəriləcək (cari işlər üçün).
Əlavə olaraq , işçinin praktiki bilik səviyyəsini yoxlamaq üçün bir aylıq ofis daxilində sınaq müddəti keçirilir.
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “ Texniki istehsalat şöbəsinə aparcı mütəxəssis” məktubun mövzu hissəsində göstərməklə olunur. Şəkilli cv-ləri elektron ünvanına göndərməyiniz xahiş olunur (info@hpac.az). Əks təqdirdə müraciətinizə baxılmaya bilər.